İşğaldan azad edilmiş Şuşa və Ağdama Qarabağa “Böyük Qayıdış” çərçivəsində müntəzəm avtobus reyslərinin təşkili mühüm əhəmiyyət kəsb edir. Bu, “Böyük Qayıdış”ın ilkin mərhələsi hesab edilir və həmin ərazilərin reinteqrasiyasında ciddi rola malikdir. Nəticə etibarilə, vətəndaşlar 30 illik həsrətdən sonra doğma el-obalarına səfər etmək imkanı əldə ediblər. Bu, bir daha sübut edir ki, vətəndaş məmnunluğu və təhlükəsizliyinin təminatı dövlətin prioritetlərindəndir. Azərbaycan “Böyük Qayıdış”ın astanasındadır.
Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, vaxtilə dədə-baba torpaqlarını erməni təxribatlarına görə tərk etməyə məcbur olan əhalinin yenidən həmin şəhərlərə qayıda bilməsi böyük əhəmiyyət kəsb edir.

Deputatın sözlərinə görə, Azərbaycan “Böyük Qayıdış”ın başlanğıcında dünyaya bir daha sübut edir ki, hərb meydanında döyüşdüyü kimi, dinc quruculuq və abadlıq işlərində də intensiv iş aparmaq gücündədir: “Ağdama və Şuşaya müntəzəm reyslərin təşkili ilə vətəndaşlara orada yerləşən tarixi abidələri ziyarət etmək imkanı yaradılır. Belə olan halda, vətəndaşlar erməni vandalizminə məruz qalmış əraziləri öz gözləri ilə görəcək və Azərbaycanın qısa müddətdə həyata keçirdiyi quruculuq işlərinin şahid olacaqlar. İlkin mərhələdə məhdud şəkildə tətbiq edilən Şuşa və Ağdam səfərləri davamlı olacaq. Həmin ərazilər minalardan təmizləndikcə, həmçinin infrastruktur bərpa olunduqca xalqımız işğaldan azad edilmiş ərazilərdə daha mühüm işlərə şahidlik edəcəklər. Bu, “Böyük Qayıdış”ın ilkin cücərtiləridir”.
Parlament üzvü Ceyhun Məmmədov da işğaldan azad edilmiş ərazilərdə qısa vaxtda həyata keçirilən böyük abadlıq və quruculuq işlərindən bəhs edib.

C.Məmmədov qeyd edib ki, reallaşdırılan mühüm işlər Qarabağa qayıdışı sürətləndirir: “Bir çox istiqamətdə yol çəkilişi həyata keçirilib, Horadiz-Ağdam yolu artıq hazırdır. Əksər rayonlarda ümumtəhsil müəssisələrinin əsası qoyulub, Şuşada bir çox abidələr təmir və bərpa edilib. Ümumilikdə işğaldan azad edilmiş ərazilər böyük tikinti meydanını xatırladır. Hazırda abadlıq və quruculuq işləri sürətlə davam etdirilməsi deməyə əsas var ki, xalqımız tez bir zamanda həmin ərazilərə yollanacaq və orada məskunlaşacaqlar. Şuşaya və Ağdama avtobus reyslərinin açılması da çox önəmlidir. Nəzərə almaq lazımdır ki, xalqımızın ən böyük arzularından biri də həmin şəhərləri görmək, oralara səfər etməkdir. Məlumata əsasən, Şuşa və Ağdama fevralın ortalarına qədər olan biletlərin çoxu satılıb. Bu, sübut edir ki, vətəndaşların həmin şəhərlərə səfər etmək üçün həvəsi çoxdur. Belə səfərlərin təşkilini olduqca önəmli hesab edirəm. Lakin vətəndaşlar bilməlidirlər ki, işğaldan azad edilmiş rayonlara nəzarətsiz getmək məqsədəuyğun deyil. Ona görə də səfərlərin indiki vəziyyətdə məhdud şəkildə və məhz dövlət qurumları tərəfindən təşkili çox önəmlidir”.
Politoloq Zaur Məmmədov da “Böyük Qayıdış” çərçivəsində həyata keçirilən mühüm tədbirlər barədə danışıb.

Politoloqun sözlərinə görə, ilkin mərhələdə Şuşa və Ağdama müntəzəm avtobus reyslərinin təşkili çox önəmlidir: “Məlum məsələdir ki, vətəndaşların doğma torpaqlarına qayıtması üçün dövlət tərəfindən mühüm işlər həyata keçirilib. İkinci Qarabağ müharibəsi başa çatan kimi həmin ərazilərdə abadlıq və quruculuq işlərinə start verilib. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə vəziyyət çox acınacaqlı idi və ciddi quruculuq işlərinin tətbiqinə ehtiyac var idi. Ona görə də infrastrukturun qurulması prioritet idi. Görülən işlər çərçivəsində yolların salınması prosesi artıq tamamlanmaq üzrədir. İlkin mərhələdə bir neçə kəndə məcburi köçkünlərin qayıdışı planlaşdırılır. Hesab edirəm ki, regionda baş verən siyasi qarşıdurmalar və müəyyən gərginlik “Böyük Qayıdış”a mane olmayacaq. Qarabağa qayıdış Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə təmin ediləcək”.
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusu üzrə dərc olunub.
Nəzrin Cavid

24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin