BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabunçuda yanğın: Ev sahibi yanaraq öldü

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb.

 

FHN-dən verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1968-ci il təvəllüdlü Cəfərov İlham Bayram oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Tarix: 24 Yanvar 2022, 18:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin