BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bu halda Rusiyanın müdaxiləsi qaçılmazdır"

"Beynəlxalq aləmdə ən çox müzakirə edilən mövzu Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ehtimalıdır. Rusiyanın sərhəddə topladığı yüz minlik qoşun da bundan xəbər verir, üstəgəl Moskvanın Vaşinqtona bəlli ultimatumları var".


Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.


"Bu arada, başqa bir sualın da aktuallığı arta bilər: Bəs Ukrayna necə, hücuma keçib Donbası separatçılardan təmizləyə bilərmi? Birincisi, Ukrayna ordusu son illərdə xeyli peşəkarlaşıb, tərəfdaşların hesabına modern silahlarla və hərbi texnika ilə təhciz olunub. İkincisi, Azərbaycan ordusunun işğal altındakı torpaqlarını azad etmək məqsədilə həyata keçirdiyi 44 günlük hərbi əməliyyat Ukraynada diqqətlə tədqiq edilib və oxşar əməliyyatın imkanları öyrənilib. Üçüncüsü, Rusiyanın bütün hallarda hərbi müdaxiləyə başlayacağı ehtimalı yüksəkdirsə, Ukrayna ordusunun Donbasdakı separatçıları tərksilah etmək üçün münbit şərait məhz indidir. Əlbəttə, bu halda Rusiyanın da müdaxiləsi qaçılmazdır, ancaq Rusiya prezidenti Vladimir Putinin sözü ilə desək, “toqquşma olacaqsa, birinci zərbəni mən endirməliyəm” - E.Şahinoğlu qeyd edib.

Tarix: 24 Yanvar 2022, 21:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin