BURADA REKLAMINIZ OLA
BİLƏR

Neftçalada "Dayan-dincəl" adlı istirahət mərkəzində döl tapılması ilə bağlı araşdırma aparılır

Neftçala rayonu ərazisində yerləşən “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağında ölü insan dölünün aşkar edilməsi ilə bağlı araşdırmalara başlanıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 25-i saat 18 radələrində Neftçala rayonu ərazisində yerləşən “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağının qarşısında ölü insan dölünün aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Qeyd edilən faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

Tarix: 26 Yanvar 2022, 11:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin