BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNDİ

Bakının Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çoxmərtəbəli yaşayış binasındakı yanğını söndürüb.

 

***

 

15:00

 

Bakıda yaşayış binası yanır.

 

Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən məlumata görə, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi 61 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

 

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Tarix: 26 Yanvar 2022, 15:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin