BURADA REKLAMINIZ OLA
BİLƏR

Yanğınla əlaqədar bu yolda hərəkət məhdudlaşdırıldı

Yaşayış binasında baş verən yanğınla əlaqədar hazırda Təbriz-Koroğlu Rəhimov küçələrinin kəsişməsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Bildirilir ki, bununla əlaqədar 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların da hərəkət sxemi müvəqqəti dəyişdirilib. Sərnişin avtobusları hazırda ətrafdakı alternativ küçə və prospektlərdən keçməklə hərəkət edir.

Tarix: 26 Yanvar 2022, 15:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin