BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - VİDEO

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

 

Pravda.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib.

 

Moskva şəhərinin hərbi komendantı Yevgeni Seleznyov Azərbaycanın Birinci vitse-prezidentinə raport verib.

 

Birinci vitse-prezident Mehriban Əliyeva Naməlum Əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.

 

Azərbaycanın dövlət himni səsləndirilib.

 

Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

 

Tarix: 21 Noyabr 2019, 16:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin