BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda iki qadın dəm qazından zəhərləniblər

Salyan sakinləri dəm qazından zəhərlənib.

 

Hadisə rayonun “MTS” adlanan yaşayış massivində qeydə alınıb.

 

Belə ki, həmin massivdə yaşayan, 1952-ci il təvəllüdlü Qasımova Sevil Əliağa qızı və 1968-ci il təvəllüdlü Sadıqova Sevinc Əlihüseyn qızı evdə dəm qazından zəhərlənib.

 

Hər iki qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Report

Tarix: 26 Yanvar 2022, 19:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin