BURADA REKLAMINIZ OLA
BİLƏR

İmamverdi İsmayılova məxsus şirkətlər - SİYAHI

“125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən deputat "seçilmiş" İmamverdi İsmayılovun başı kredit qalmaqalına qarışıb. Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin bankı - "Bank Standard" (ləğv prosesindədir) deputatın oğlu İlmir İsmayılovu və gəlini Pərvanə Azər qızı İsmayılovanı məhkəməyə verib. Fevralın 12-də hakim Gündüz Cəlilovun sədrliyi ilə İmamverdi İsmayılovun oğlunun şirkətinə qarşı kassasiya şikayətinə baxılıb. Bank deputatın oğluna məxsus "MİR HOLDİNG" MMC-dən kreditin qaytarılmasını tələb edir”.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

 

C.Həsənli bildirib ki, İlmir İsmayılov bizneslə məşğuldur, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının idarə heyətinin üzvüdür: “Deputatın ailəsinə məxsus şirkətlər əsasən turizm sektorunda fəaliyyət göstərirlər.

 

1. "MİR HOLDİNG" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2009-cu il iyulun 16-da qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun oğlu İlmir İsmayılov, hüqüqi ünvanı YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 152, m. 46-dır.

 

2. "MİR GROUP HOLDİNG" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2017-ci il yanvarın 13-də qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun oğlu İlmir İsmayılov, hüqüqi ünvanı BADAMDAR ŞTQ, SEYRAN MƏMMƏDOV küçəsi 16, mənzil 30-dur.

 

3. "İKO" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2006-cı il aprelin 24-də qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun həyat yoldaşı Bağdagül Qurban qızı İsmayılova, hüqüqi ünvanı YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 152, m. 46-dır.

 

4. "MİR GLOBAL LOGİSTİCS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2010-cu il aprelin 2-də qeydiyyatdan keçib, qanuni təmsilçisi Fuad Qibləli oğlu Bünyadov, hüqüqi ünvanı YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 152, m. 46-dır.

 

5. "SUPER KİDS KLUB" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (uşaq bağçası) 2012-ci il dekabrın 7-də qeydiyyatdan keçib, qanuni təmsilçisi Pərvanə Azər qızı İsmayılova, hüqüqi ünvanı NƏRİMANOV RAYONU, HƏSƏN ƏLİYEV, ev 1, m. 127-dir”.

Fotoları təqdim edirik
Tarix: 19 Fevral 2020, 16:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin