BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hafka”nın 1,5 milyon borcu var

Yaxın saatlarda Yasamal Rayon Məhkəməsi vəkilin tələbi ilə həbsdə olan iş adamı Hafiz Məmmədovun işinə yenidən baxmağa başlayacaq.

Pravda.az xəbər verir ki, bu barədə Məmmədovun vəkili İsmayıl Kəngərli məlumat verib.

Onun sözlərinə görə, hazırda Məmmədovun vergi və sosial ödənişlər üzrə borcu 1,5 milyon manatdır.

“Dövlət Vergi Xidməti Hafiz Məmmədovdan borcun tam ödənilməsini tələb edir. Lakin məhkəmənin mövqeyi ondan ibarətdir ki, iş adamı borcunun yarısını ödədiyi halda ev dustaqlığına buraxıla bilər”, - deyə Kəngərli bildirib.

Qeyd edək ki, ötən gün məhkəmənin həbs qətimkan tədbiri seçməsindən sonra Hafiz Məmmədov bir neçə saat Yasamal Rayon Polis İdarəsində saxlanılıb, sonra isə 1 saylı istintaq təcridxanasına aparılıb.

Bildirilib ki, həbsdə olan Hafiz Məmmədovun yaxın dostları iş adamının azadlığa buraxılması üçün 300 min manat toplaya biliblər. Vəsaitlər artıq Dövlət Vergi Xidmətinin hesabına köçürülüb.

virtualaz.org

Tarix: 27 Yanvar 2022, 19:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin