BURADA REKLAMINIZ OLA
BİLƏR

Qırğızıstan-Tacikistan sərhədində atışmada yaralıların sayı 17-yə çatıb, 1 nəfər ölüb - YENİLƏNDİ

Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində hər iki tərəfdən yaralananların sayı 17 nəfərə çatıb.

 

Pravda.az xəbər verir ki, İsfara xəstəxanasına 13 yaralı gətirilib, onlardan 11-i hərbçidir.

 

Qeyd edilib ki, Tacikistan-Qırğızıstan sərhədinə yaxın İsfara-Batken yolunda silahlı insident zamanı Tacikistanın Xoci Alo kənd sakini Obidjon Tuyçiyev aldığı güllə yarasından ölüb.

 

***

 

21:41

 

Qırğızıstanla sərhəddə münaqişə zamanı Tacikistanın beş vətəndaşı yaralanıb, biri ölüb.

 

Pravda.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Somoniyon kəndində münaqişə zamanı yaralananların sayı 5 nəfərə çatıb, onlardan ikisi hərbçi, üçü mülki şəxsdir.

Tarix: 27 Yanvar 2022, 22:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin