BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurdu, öldü

Salyan rayonda “Azərişığ”ın əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Prokurorluqdan verilən məlumata görə, yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyev elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

“Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Tarix: 28 Yanvar 2022, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin