BURADA REKLAMINIZ OLA
BİLƏR

Moskva Rusiyaya girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını genişləndirdi

Moskva Aİ-yə üzv dövlətlərin və qurumların Rusiya Federasiyası ərazisinə girişi qadağan olunmuş nümayəndələrinin siyahısını genişləndirib.

Pravda.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

"Rusiya tərəfi qarşılıqlılıq və paritet prinsipini rəhbər tutaraq, Rusiya Federasiyasının ərazisinə girişi qadağan olunmuş Aİ-yə üzv dövlətlərin və institutların nümayəndələrinin cavab siyahısını genişləndirmək qərarına gəlib", - deyə XİN-dən bildirilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözügedən addım barədə məlumatlandıran notası Avropa İttifaqının Rusiyadakı nümayəndəliyinə göndərilib.

Tarix: 28 Yanvar 2022, 22:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin