BURADA REKLAMINIZ OLA
BİLƏR

Polis Bakıda məşhur gecə klubunda əməliyyat keçirib, saxlanılanlar var - VİDEO

Bakının Nizami rayonunda polis əməliyyat keçirib.

 

Qara Qarayev prospekti 61-B ünvanında yerləşən X-Life gecə klubunda Nizami Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.

 

Klubun təşkilatçıları içəridə müştəri olarkən saat 12-dən sonra fəaliyyətlərini davam etdiriblər. Nizami Rayon Polis İdarəsinin əməkdaşları kluba daxil olub, 34 müştəri və klubun 4 təşkilatçısı polis idarəsinə aparılıb. Müştərilər barəsində inzibati protokol tərtib edilib. Təşkilatçılar isə saxlanılıb.

 

Fakt araşdırılır.

 

APA

 

Tarix: 29 Yanvar 2022, 07:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin