BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı tanınmış güləşçi narkotik satırmış... - FOTO

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda yanvar ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb. Saxlanılanlar arasında tanınmış sərbəst güləşçi Mahir Əmiraslanov da var.

 

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir. Əmiraslanov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, Mahir Əmiraslanov Minskdə keçirilən II Avropa Oyunlarının qalibi olmaqla yanaşı, eyni zamanda gənclər üzrə dünya çempionudur.

 

Tarix: 29 Yanvar 2022, 19:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin