BURADA REKLAMINIZ OLA
BİLƏR

Anasını baltalayaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Xaçmazda anasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Yanvarın 13-də Xaçmaz rayonunun Əzizli kəndində  Səmən Sultanova qətlə yetirilib və aparılan araşdırmalar zamanı hadisəni onun oğlu, ruhi xəstə Ramiz Sultanov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranıb. Lakin R.Sultanov hadisəni törətdikdən sonra oradan qaçaraq gizlənib.

 

Yanvarın 29-da  Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən R.Sultanov avtomobildə hərəkətdə olan zaman  nəzarət yoxlama qaydasında  saxlanılıb və RPŞ-yə gətirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, R.Sultanovun anasını baltalayaraq qətlə yetirdiyi bildirilirdi.

Tarix: 30 Yanvar 2022, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin