BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfər Mehdiyev: "Gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 2 tondan artıq narkotik vasitələri aşkar edilib"

Azərbaycan Prezidenti İlham Əliyevin gömrük orqanları qarşısında qoyduğu bütün tapşırıqlar uğurla icra olunur.

 

Pravda.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

 

DGK sədri qeyd edib ki, 2021-ci ildə “Yaşıl dəhliz” vasitəsilə sahibkarlar 10 milyard ABŞ dollarından artıq vəsait həcmində gömrük əməkdaşları ilə təmas olmadan idxal-ixrac əməliyyatları həyata keçiriblər. Keçən il gömrük əməkdaları büdcə proqnozlarını 111 % yerinə yetiriblər. 2021-ci il ərzində büdcə tapşırığı 443 milyon manatdan artıq vəsait toplamaqla icra edilib. Beləliklə, ötən il Dövlət Gömrük Komitəsi dövlət büdcəsin 4 milyard 443 milyon manat vəsait köçürülməsini təmin edib”.

 

Onun sözlərinə görə, 2021-ci ildə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 2 tondan artıq narkotik vasitələri aşkar edilib.

 

Tədbirdə qonaq qismində Ümümdünya Gömrük Təkilatının (ÜGT) baş katibi Kunio Mikuriya da iştirak edir. S.Mehdiyev bildirib ki, bu tədbirdə onun iştirak etməsi Azərbaycan gömrük xidmətinə verilən yüksək qiymətdir və Azərbaycan gömrük xidmətinin dünya gömrük ailəsində tutduğu yerin göstəricisidir.

Tarix: 30 Yanvar 2022, 10:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin