BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağsu sakinindən qanunsuz saxladığı odlu silah götürüldü

Ağsu sakinindən qanunsuz saxladığı odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətindən Pravda.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çaparlı kənd sakini Cümşüd Ayadovdan müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Tarix: 31 Yanvar 2022, 01:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin