BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabirabadda yaşadığı ünvanı tərk edən COVID-19 xəstələri saxlanıldı

Sabirabadda yaşadığı ünvanı tərk edən iki COVID-19 xəstəsi saxlanılıb.

Bu barədə Pravda.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Sabirabad rayonu Qalaqayın kənd sakini Rasim Əliyev karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. O, kənd ərazisində şöbə əməkdaşları tərəfindən aşkar olunub və yaşadığı ünvana qaytarılıb.

COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan rayonun Türkədi kənd sakini olan Hüsən Əliyev da qoyulan qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib. Polislər tibbi prosedurları gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.

Hər iki şəxs barəsində Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Tarix: 31 Yanvar 2022, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin