BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda quyudan 4 yaşlı qızın meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda 4 yaşlı qızın meyitinin tapılması barədə məlumat yayıb.

 

FHN-dən verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində həyətyanı sahədə dərinliyi təqribən 10 metr olan quyudan 1 nəfər azyaşlının meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Görülən tədbirlər nəticəsində 2018-ci il təvəllüdlü Hüseynli Məryəm Taleh qızının meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Tarix: 31 Yanvar 2022, 16:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin