BURADA REKLAMINIZ OLA
BİLƏR

"Cavanşir Feyziyevin mandatı ləğv edilməlidir"

“7,5 milyon dolları Londonda müsadirə olunan deputat Cavanşir Feyziyev YAP boyda iqtidar partiyasına Şəkidə təkbaşına, müstəqil namizəd kimi qalib gələn adamdır. İkinci yer tutmuş YAP-çıdan 5 dəfə çox səs alaraq deputat “seçilib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın sədri İlqar Məmmədov bildirib.

 

İ.Məmmədov bildirib ki, C.Feyziyevin deputat mandatı ləğv edilməli, yenidən seçkilər keçirilməlidir: “Konstitusiyanın 89-cu maddəsi köməyiniz olsun. Yoxsa ingilis hakimin rəyinə görə yuyulub Londonda qurumağa sərilən 7.5 milyon dollardan rəsmən YAP-ın havası gələcək”.

Tarix: 1 Fevral 2022, 00:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin