BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisin İntizam komissiyasından Cavanşir Feyziyevlə bağlı açıqlama

"Milli Məclisin İntizam komissiyasına deputat Cavanşir Feyziyevin London məhkəməsi ilə bağlı hansısa hüquqi material daxil olmayıb. Yəni, məsələyə komissiyada baxılması üçün hüquqi əsas olmalıdır. Bəzən mətbuat və sosial şəbəkələrdə vətəndaşlar söz azadlığı və fikir plüralizmindən istifadə edərək düşüncələrini və qərəzli münasibətlərini bildirirlər".

 

Bunu Pravda.az-a açıqlamasında Parlamentin İntizam komissiyasının üzvü Nəsib Məhəməliyev deyib.

 

Nəsib Məhəməliyev

 

Deputat bildirib ki, London məhkəməsi məsələ ilə bağlı ədalətli qərar çıxarıb, Cavanşir Feyziyevə maliyyə sanksiyası tətbiq olunmayıb: "Ona görə də komissiyaya hansısa hüquqi sənəd daxil olmadan məsələyə baxılmasını doğru hesab etmirəm. Bundan başqa isə, təfərrüatını bilməsəm də, məlumatlıyam ki, həmin vəsaitlər Cavanşir Feyziyevin özünə deyil, ailə üzvlərinə aiddir. Yəni, bu fakta görə də məsələnin İntizam komissiyasında baxılması düzgün olmaz".

 

Qeyd: London məhkəməsi Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus milyonlarla pulun müsadirə edilməsi ilə bağlı qərar verib.

Tarix: 1 Fevral 2022, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin