BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Özülü Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti uğurla həyata keçirilir”

"Ümumillli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun ilk fərmanla yaratdığı nazirlik Gənclər və İdman Nazirliyi olub. Bu, ümummilli liderin gənclər siyasətinə və idmana göstərdiyi diqqət və qayğının nəticəsi hesab edilməlidir. Heydər Əliyev, həmçinin üç ildə bir dəfə gənclər forumunun çağırılmasını təmin etdi və bütün forumlarda şəxsən özü gənclər qarşısında bir saatdan çox çəkən spektrli çıxışlar edirdi. Həmin çıxışlarında ulu öndər Azərbaycan gəcliyinin gələcək fəaliyyətinin konturlarını cızırdı. Azərbaycan nadir ölkələrdən biridir ki, hələ o vaxtı ölkədə Gənclər Günü təsis edilmişdi. Ondan bir neçə il sonra isə BMT-də avqustun 12-nin Beynəlxalq Gənclər Günü olması ilə bağlı qərar verildi".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov deyib.

 

Deputat qeyd edib ki, ölkədə özülü Heydər Əliyev tərəfindən möhkəm qoyulan gənclər siyasəti hər zaman uğurla həyata keçirilir: "Prezident İlham Əliyev də gənclər siyasətinin uğurla davam etdirilməsi üçün diqqət və qayğını əsirgəmir. Azərbaycanda gənclərlə iş, vətənpərvərlik tərbiyəsi, onların hərtərəfli inkişafının təminatı, gənc istedadların üzə çıxarılması və s. prioritet kimi qarşıya qoyulan məsələlərdəndir. Bu gün Azərbaycan gəncliyi ona göstərilən etimadı inamla doğruldub, 44 günlük Vətən müharibəsində gənclərimiz bütün dünyaya mərd və cəsur olmağın, Vətəni sevməyin, eləcə də torpağa bağlılığın əsl nümunəsini göstərib. Onlar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordunun tərkibində öz canları və qanları bahasına torpaqlarımızı düşmən tapdağından azad ediblər. Bu gün azərbaycanlı gənc dünyaya yeni obrazda təqdim edilir. İkinci Qarabağ savaşında şücaət göstərən Azərbaycan gənci bu gün həmin ərazilərin qurulmasında, bərpasında fəal iştirak edir. Əminliklə demək olar ki, Azərbaycanın gələcəyinə inamla baxmaq mümkündür, çünki xalqımızın belə savadlı, mərd və cəsur gəncləri var".

 

Qeyd: Azərbaycanda 2 fevral - Gənclər Günüdür.

 

Nəzrin Cavid

Tarix: 1 Fevral 2022, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin