BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bilmirəm, nəyə görə bu xəstəliyə tutuldum" - Tağı Əhmədov

 "1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.

 

Bu sözləri Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib. Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:

 

"İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu "Miyelit”dir (onurğa-beyin iltihabı)".

 

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb: "Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdilər”.

 

Qaynarinfo

Tarix: 1 Fevral 2022, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin