BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir” - RƏY

“Azərbaycanda müstəqillik illərindən sonra həyata keçirilən gənclər və idman siyasətinin prioritet istiqaməti gənc nəslin fiziki-mənəvi potensialının möhkəmləndirilməsinə xidmət edən kompleks tədbirlərin gerçəkləşdirilməsidir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu strateji xətti uğurla davam etdirən Prezident İlham Əliyev daim gənclərə imkanları çərçivəsində geniş meydan verilməsinə, onların zəruri tələbat və ehtiyaclarının ödənilməsinə çalışır".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Müşfiq Cəfərov: Laçının azad olunması ilə ərazi bütövlüyümüz təmin edildi -  Yeni Gəncə

Deputat bildirib ki, Dövlət başçısının çevik sosial zümrəyə diqqət və qayğısı ümummilli lider Heydər Əliyevin möhkəm təməllərlə əsasını qoyduğu gənclər siyasətinin məntiqi davamıdır: “Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2007-ci ilin "Gənclər İli" elan olunması da ölkəmizdə gənclər siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir. Bu, bir tərəfdən gənclərə daha geniş şərait yaratmaq, digər tərəfdən onların potensialından dövlət quruculuğu prosesində maksimum istifadə etmək məqsədi daşıyır. Xüsusi olaraq qeyd edim ki, bir çox MDB və dünya dövlətlərində Gənclər və İdman Nazirliyi adlı hansısa qurum yoxdur. Azərbaycanda 1994-cü ildən həmin nazirliyin mövcud olması və gənclərlə iş sahəsində uğurla fəaliyyət göstərməsi respublikada gənclər və idman siyasətinin daim diqqət mərkəzində olduğunu təsdiqləyir. Dövlət strukturunda rəhbər vəzifələrin təxminən 70 faizini gənclər təşkil edir. Hazırda daha çox müasir bilikləri və yeni informasiya texnologiyalarını mənimsəmiş gənclərə ehtiyac var. Sevindirici haldır ki, müasir Azərbaycan gəncliyi beynəlxalq aləmdə layiqincə təmsil olunur, Azərbaycan getdikcə beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir. Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Millətin mövcudluğu üçün sağlam gənclik vacib şərtdir. Hər ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların hazırlığından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Ölkə başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsini hər zaman əsas hesab edib. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilir. Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışıblar. Bunun ən gözəl nümunəsi olan 44 günlük Vətən müharibəsini qeyd edə bilərik. Gəncliyimiz düşmən qarşısında canını sipər etdi, torpaqlarımızı əsrətdən qurtarıb. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət də öz növbəsində sağlam və intellektual nəslin formalaşmasına xidmət edir".

 

Nəzrin Cavid

Tarix: 1 Fevral 2022, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin