BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: "Sosial şəbəkələrdə təhqirlər kütləvi xarakter alıb"

"Sosial şəbəkələrlə bağlı qanunun qəbul edilməsi vacib məsələdir".

 

Pravda.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

 

O qeyd edib ki, bu qanun layihəsinin qəbul edilməsi artıq ictimai sifarişdir: "Ümid edirəm ki, yaz sessiyası ərzində bu qanun qəbul olunacaq".

 

Deputat Elman Nəsirov da sosial şəbəkələr haqqında qanunun qəbul edilməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, sosial şəbəkələrdə təhqirlər kütləvi xarakter alıb və mənfi halın qarşısının alınması üçün sosial şəbəkələr haqqında qanunun qəbul edilməsi günün tələbinə çevrilib.

Tarix: 1 Fevral 2022, 16:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin