BURADA REKLAMINIZ OLA
BİLƏR

Quyudan meyiti tapılan uşağa görə bir nəfər saxlanıldı

Ötən gün quyudan tapılan 4 yaşlı uşağın öldürüldüyü məlum olub.

 

Quyuya atılaraq üstünə torpaq tökülən 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi müəyyən edilib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsi 126.3-ci ( qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma ) maddəsi ilə cinayət işi başlanılıb. Zərərçəkmiş qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov şübhəli şəxs qismində tutulub.

Tarix: 1 Fevral 2022, 17:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin