BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ağsaray Residence” məhkəməyə verildi

Tanınmış tikinti şirkəti "Ağsaray Residence" Mənzil-Tikinti Kooperativi barəsində məhkəmə iddiası qaldırılıb.

 

Şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

 

"Ağsaray Residence" rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci ( idxal bəyannaməsinin verilməməsi) maddəsinin tələblərini pozub. İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq.

 

Şirkətdən saytımıza bildirilib ki, məhkəmə iddiası bina üçün alınan qapılarla bağlıdır. Belə ki, xaricdən alınan qapılar sərhəddən keçirilərkən gömrük orqanlarına bəyan edilməyib. “Ağsaray Residence” rəsmisi daşıyıcı şirkəti məsuliyyətsizlik etməkdə ittiham edib.

 

Qeyd edək ki, “Ağsaray Residence” Ağ Şəhər kompleksində yerləşir.

 

Qafqazinfo

Tarix: 1 Fevral 2022, 21:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin