BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rusiya ilə münasibətlərimizdə dostluğumuz həqiqətən indiki kimi olmayıb" - Ərdoğan

“Xarici siyasətdə məqsədimiz daha çox düşmən deyil, dost qazanmaqdır.”

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan trabzonlu gənclərlə görüşü zamanı deyib.

 

“Təbii ki, Rusiya ilə münasibətlərimizdə tarixə nəzər yetirdikdə dostluğumuz həqiqətən indiki kimi olmayıb. Daha da əhəmiyyətlisi, bu dövrdə ticarət həcmi baxımından çox ciddi naliyyətlərimiz olub. Bunların arasında strateji əhəmiyyət daşıyan məhsullar Rusiya ilə münasibətlərimizi yaxşı mövqeyə gətirib. Bunlardan ən əsası təbii qazdır”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Tarix: 1 Fevral 2022, 23:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin