BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ərəblər gənc qıza kəsici alətlə xəsarət yetiriblər

Bakıda gənc qız əcnəbilərin hucumuna məruz qalıb.

 

Pravda.az-ın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsində evlərin birində 1998-ci il təvəllüdlü Əliyeva Leyla Nizami qızı ərəblərin (2 nəfər) hucumuna məruz qalıb.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin kəsilmiş yarası diaqnozu qoyulub.

 

L.Əliyeva "Report"a bildirib ki, hadisə ərəblərin yaşadığı evə qonaq gedərkən baş verib. Tərəflər arasında yaranan mübahisə zamanı ərəblər L.Əliyevaya şüşə qırıntıları ilə xəsarət yetiriblər.

 

Hadisənin təfərrüatı araşdırılır.

 

 

Tarix: 1 Fevral 2022, 23:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin