BURADA REKLAMINIZ OLA
BİLƏR

“Muğan Bank” cərimələndi

Bakı Apellyasiya Məhkəməsində “Muğan Bank” ASC-nin inzibati qaydada cərimə edilməsi barədə məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda qərar elan edilib.

 

Qərara əsasən, şikayət təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il qərarı dəyişdirilmədən saxlanılıb.

 

Qeyd edək ki, Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsi “Muğan Bank” ASC barədə inzibati protokol tərtib edib.

 

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəcsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə yazılan protokola əsasən, ASC-nin 300 manat cərimə edilməsinə qərar verib.

Tarix: 20 Fevral 2020, 10:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin