BURADA REKLAMINIZ OLA
BİLƏR

Prokurorluq partlayışla bağlı məlumat yaydı

Prokurorluq Yevlaxda baş verən partlayışla bağlı məlumat yayıb.

 

Pravda.az-a daxil olan məlumatda deyilir:

 

"Fevralın 1-i saat 22 radələrində Yevlax rayonu ərazisində Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi müəyyən edilmişdir.

 

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

 

Aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan İsmayıl Mikayılovun II Qarabağ Müharibəsi zamanı həmin əraziyə düşmüş kassetli bombanın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi ehtimal olunur.

 

Hazırda faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır".

Tarix: 2 Fevral 2022, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin