BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdaşda ağır qəza: 3 nəfər öldü

Daxili İşlər Nazirliyi (DİN) Ağdaşda 3 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.

 

DİN-dən verilən məlumata görə, fevralın 1-də saat 17 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Qobustan rayon sakini Gülxas Əmrahov idarə etdiyi “Daewoo” markalı avtomobili qarşıda gedən Ucar rayon sakini N.Allahverdiyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə vurmuş və sonradan idarəetməni itirdiyindən avtomobil qarşıdan gələn Şəmkir rayon sakini A.Verdiyevin idarə etdiyi “KamAZ” markalı digər avtomobilə çırpılıb. Nəticədə G.Əmrahov, sərnişinlərindən DİN BMİ-nin Şamaxı Regional Mühafizə şöbəsinin əməkdaşı Pərviz Xudaverdiyev hadisə yerində ölüblər. Xəstəxanaya yerləşdirilmiş digər sərnişini, Şamaxı rayon sakini Şakir Usubov isə orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Tarix: 2 Fevral 2022, 13:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin