BURADA REKLAMINIZ OLA
BİLƏR

Zakir Qaralovdan kadr təyinatları

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeni təyinatlar olub.

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Sahib İsmayılov tutduğu vəzifədən azad edilərək Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsinə, Mütəxəssis təhlilləri şöbəsinin rəisi Rəşid Mahmudov tutduğu vəzifədən azad edilərək Daxili təhlükəsizlik şöbəsinin rəisi vəzifəsinə, kiçik ədliyyə müşaviri Rövşən Abdullayev isə Mütəxəssis təhlilləri şöbəsinin rəisi vəzifəsinə təyinat alıblar.

Baş Prokurorluğun veb saytının müvafiq bölməsində yeni təyinatlardan sonra məlumatlar yenilənib.

Baş Prokurorluğun mətbuat xidmətindən yeni təyinatları təsdiqləyiblər.APA

Tarix: 20 Fevral 2020, 12:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin