BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərdoğan bu gün Ukraynaya gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynaya rəsmi səfərə yollanacaq.

Pravda.az xəbər verir ki, Ərdoğan Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq.

Səfər zamanı iki ölkə arasında yeni əməkdaşlıq addımlarının atılacağı gözlənilir. Həmçinin Ukrayna və Türkiyə arasında ticarət həcminin artırılması və Azad Ticarət Sazişinin imzalanması da nəzərdə tutulur.

Bununla belə, görüşdə müzakirə olunacaq əsas məsələ Rusiya ilə Ukrayna arasında gərginliyin artması olacaq. Liderlər Rusiya və Ukrayna arasında gərginliyi azaltmaq üçün hansı addımların atıla biləcəyini müzakirə edəcəklər.

Tarix: 3 Fevral 2022, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin