BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Qismət infarkt keçirdi

"Ötən gün səhhətində problem yaranan jurnalist Azər Qismət Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun infarkt keçirdiyi məlum olub və ürəyindən əməliyyat olunub".

Pravda.az xəbər verir ki, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib. 

O bildirib ki, hazırda A. Qismətin vəziyyəti normaldır: “Hazırda müalicə alır. Telefonla əlaqə saxladım, özünü yaxşı hiss etdiyini dedi. Bu gün, ya da sabah evə buraxılacaq”. 

Qeyd edək ki, Azər Qismət hazırda Azərbaycan Dövlət Televiziyasında çalışır. 

Tarix: 3 Fevral 2022, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin