BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda keçmiş polis əməkdaşı faciəvi şəkildə öldü

Qax şəhər sakini dəm qazından boğularaq ölüb.

 

Pravda.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yaşayış evlərindən birində baş verib.

 

Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyiti vanna otağında həyat yoldaşı tərəfindən aşkarlanıb.

 

Qeyd edək ki, 67 yaşlı Fəxrəddin Məmmədov təqaüddə olan polis mayorudur. O, uzun illər Qax Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb.

 

Report

Tarix: 3 Fevral 2022, 11:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin