BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum oldu

Bakıda meyiti quyuya atılmış 4 yaşlı qızın ölüm səbəbi məlum olub.

Pravda.az-ın məlumatına görə, 2018-ci il təvəllüdlü Məryəmin meyiti ekshumasiya edilib.

Məlum olub ki, M.Allahyarovanın ölüm səbəbi onun qonşuluqda yaşayan, 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən müxtəlif vaxtlarda döyülməsi olub. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.

Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.


Report

Tarix: 3 Fevral 2022, 12:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin