BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Prezidentinin Gənclər Forumundakı çıxışı, verdiyi mesajlar ciddi əhəmiyyətə malikdir" - RƏY

"Azərbaycan Prezidenti İlham Əliyevin Gənclər Günü münasibətilə gənclərin suallarını cavablandırması, görüşün təşkil edilməsi əlamətdar hadisədir. Bu görüş çox dəyərli idi. Prezident görüş çərçivəsində, demək olar ki, bütün sahələr barədə məlumat verdi, gənclərin suallarını cavablandırdı. Gənclərin bu günü və gələcəyi ilə bağlı məsələlərə aydınlıq gətirdi və onlara öz tövsiyələrini verdi".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyev həmçinin bütün görüşlərdə olduğu kimi ötən gün də Ermənistanın bugünkü vəziyyəti, onların baş vermiş hadisələrdən dərs çıxara bilməməsi barədə danışıb: "Dövlət başçısı qeyd etdi ki, Ermənistan xam xəyallarla yaşayır və Koçaryan-Sarkisyan cütlüyü hələ də mənasız bəyanatlar verir. Prezident Ermənistana doğru yola qayıtmaları barədə xəbərdarlıq etdi, çünki əks təqdirdə, "dəmir yumruq" onların başının üstündən əskik olmayacaq. Azərbaycan təhlükəsizliyini təmin etmək üçün hər zaman əlindən gələni edəcək və imkan verməyəcək ki, Ermənistan əvvəllər olduğu kimi yenə də dirçəlib bizim əleyhimizə çıxsın. Odur ki, biz bütün tədbirləri görürük və davam edəcəyik. Ona görə də Prezidentin ötən günki çıxışı, verdiyi mesajlar ciddi əhəmiyyətə malikdir".

 

 

Nəzrin Cavid

Tarix: 3 Fevral 2022, 12:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin