BURADA REKLAMINIZ OLA
BİLƏR

Şəkidə psixiatriya xəstəxanasından 2 nəfər qaçdı

Şəkidə Psixiatriya xəstəxanasından 2 nəfər qaçıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən xəbərə görə, fevralın 2-də saat 2 radələrində Şəki Rayonlararası Psixiatriya xəstəxanasından Şəki şəhər sakinləri M.Orucov və E.Salehovun qaçmaları barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Görülmüş operativ tədbirlər nəticəsində həmin şəxslər Şəki Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Şəki ŞRPŞ-yə təhvil verilib.

Tarix: 3 Fevral 2022, 13:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin