BURADA REKLAMINIZ OLA
BİLƏR

DSX: "Ötən il xaricdə döyüşmüş 6 terrorçu sərhəddə saxlanılıb"

Ötən il terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər saxlanılıb.

Pravda az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, bu qəbildən olan daha 11 nəfər müəyyən edilmiş, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmal­çılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Həmçinin 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 nəfər qeyri-leqal miqrant saxlanılıb.


Tarix: 3 Fevral 2022, 14:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin