BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyevin gənclərlə görüşü onlara olan etimadın səviyyəsini bir daha göstərdi” - RƏY

"Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunun tarixindən, Ulu öndərin ölkənin gənclər strategiyasındakı mühüm rolundan bəhs etdi. Bütün proseslərə toxunan cənab İlham Əliyev Azərbaycan gənclərinin strategiyasının təsdiqlənməsi haqqında, 44 günlük Vətən müharibəsində əsas missiyanı yerinə yetirən gənclərin rolu barədə geniş müzakirə keçirdi və bəyanatlar verdi".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

 

 

A.Nağıyev qeyd edib ki, Gənclər Forumunda Prezidentə iqtisadi-siyasi, milli-mənəvi dəyərlərlə bağlı verilən bütün suallar yüksək səviyyədə cavablandırılıb:  "Prezident çıxışı zamanı milli ruh və ləyaqət, Vətən uğrunda mübarizə barədə mühüm çıxışlar etdi. Görüş çərçivəsində İqtisadi məsələlər, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, genişmiqyaslı tədbirlər haqqında suallar cavablandırıldı. Şuşada həyata keçirilən Vaqif poeziya günlərindən tutmuş, bu istiqamətdə olan çoxsaylı işlərdən bəhs edildi. Eyni zamanda, Şuşanın işğal olunmasında dinc əhaliyə qarşı ermənilər tərəfindən törədilən təxribatlar, vətəndaşların belə problemlərdən əziyyət çəkdiyi Prezident tərəfindən qeyd edildi. Əlavə olaraq, gələcəkdə hansı işlərin görüləcəyini barədə də məlumat verildi.  Quruculuq işləri ilə bağlı gələcək planlar birmənalı olaraq verilən cavablarda öz əksini tapırdı. Görüş ölkəmizdə gənclərə göstərilən etimadın səviyyəsini bir daha göstərdi. Doğrudan da, gənclər Azərbaycanın gələcəyidir. Problemli məsələlərin həllində gələcək genefondun inkişafında gənclər mütləq mərkəzdə olacaqlar.  Görüşün əhəmiyyəti çox ciddidir".

 

Nəzrin Cavid

Tarix: 3 Fevral 2022, 15:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin