BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev Aİ komissarı ilə görüşdü

Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Pravda.az-ın xəbərinə görə, Oliver Varhelyi bu barədə "Twitter"də bildirib.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası iclası ərəfəsində biz Aİ-Azərbaycan enerji tərəfdaşlığından və enerji təhlükəsizliyinin əhəmiyyətindən danışdıq. Həmçinin Aİ-nin İqtisadi və İnvestisiya Planı çərçivəsində tərəfdaşlığımızın gücləndirilməsini müzakirə etdik”, - Aİ Komissarı qeyd edib.

Görüşdə Cənubi Qafqaz və Aİ-nin bu regiona dəstəyi də müzakirə olunub.

Tarix: 3 Fevral 2022, 19:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin