BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Türkiyəyə hücum Azərbaycana, Azərbaycana hücum Türkiyəyə hücum deməkdir”

“Fevralın 1-də Azərbaycan Milli Məclisi Şuşa bəyannaməsini qanuniləşdirmişdi. Fevralın 3-də Türkiyə Böyük Millət Məclisi də Şuşa Bəyannaməsini qəbul etdi. Artıq rəsmən müttəfiqik. Türkiyəyə hücum Azərbaycana, Azərbaycana hücum Türkiyəyə hücum deməkdir. Bu halda bir-birimizin yardımına qoşmaq üçün heç bir hüquqi əngəl qalmadı. Bu böyük tarixi hadisədir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.

 

F.Mustafa təklif edib ki, Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun günü bu müttəfiqliyin şərəfinə həm Azərbaycanda, həm də Türkiyədə rəsmi bayram günü kimi qeyd olunsun: “Bizdə bu tarix Qurtuluş günü kimi rəsmi bayram olaraq qeyd olunur. Həm də Müttəfiqlik və ya Qardaşlıq günü kimi də qeyd edə bilərik. Müttəfiqliyimiz qardaşlığımız kimi əbədidir. Xeyirli olsun!”

Tarix: 4 Fevral 2022, 01:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin