BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbs edilən icra başçısı ilə bağlı RƏSMİ AÇIQLAMA

Neftçalanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan icra başçısı İsmayıl Vəliyev parlament seçkiləri zamanı seçkilərə müdaxilə etməyib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə 61 saylı Neftçala Dairə Seçki Komissiyasının sədri Şaiq Məmmədov bildirib.

 

Onun sözlərinə görə, icra başçısının seçkilərə müdaxiləsi barədə xəbərlər həqiqətləri əks etdirmir.

 

Qeyd edək ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev saxlanılıb.

 

Yerli mətbuatdakı xəbərlərin bir qismində iddia olunur ki, icra başçısı Neftçalada seçkilərə müdaxilə edib.

 

Xatırladaq ki, 61 saylı Neftçala Seçki Dairəsi üzrə lider namizəd Sabir Rüstəmxanlıdır.Oxu.az

Tarix: 20 Fevral 2020, 14:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin