BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərvətləri ilə bağlı gündəmə gələn deputatlarla bağlı niyə tədbir görülmür? - AÇIQLAMA

“Azərbaycanda kiminsə korrupsiya ilə məşğul olması təəccüb doğurmur, boş-boş şeylərdir… Deputatlardan biri barədə məlumat dəqiq bilinir, haqqında məhkəmə qərarı var, amma ölkədə heç bir tədbir görülmür”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.

Partiya sədri qeyd edib ki, vətəndaşların narazılığına baxan yoxdur: “Vətəndaşla hesablaşmırlar. Problemin həlli üçün Konstitusiya və qanunların işləməsinə nail olmaq lazımdır”.

 

Qeyd: Son vaxtlar Milli Məclisin deputatları Cavanşir Feyziyev və Mahir Abbaszadə ilə bağlı yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub. London məhkəməsi deputat Cavanşir Feyziyevin ailəsinə məxsus 5 milyonluq vəsaitin müsadirə edilməsi ilə bağlı qərar verib.

C.Feyziyev müsahibəsində bəzi məqamlara aydınlıq gətirib, vəsaitin ailəsinə məxsus olduğunu bildirib.

 

Deputat Mahir Abbaszadə isə bahalı saat kolleksiyası ilə gündəmə gəlib.

Sosial şəbəkələrdə müzakirələr zamanı deputatın 3 400 manat maaşla 10 min dollarlıq və daha baha saat taxmasının təəccüblü olduğu vurğulanıb. Maraqlı məqam ondan ibarətdir ki, M.Abbaszadə bu faktı təkzib, nə də təsdiq edir.

 

Pravda.az-ın əməkdaşı fevralın 3-də deputatın köməkçisi Abbas Kərimli ilə əlaqə saxlayıb. A.Kərimli bildirib ki, sorğunu deputata çatdıracaq. O, bu cavabla kifayətlənib.

 

Deputatın mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

Tarix: 4 Fevral 2022, 13:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin