BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda karantin rejimi sərtləşdirilə bilərmi? - AÇIQLAMA

“Son günlər yeni növ koronavirus (COVID-19) infeksiyası ilə yoluxma dinamikasında ciddi artım müşahidə edilir. Bir sıra müəssisələrdə, eləcə də məktəblərdə yoluxma həddən artıq yüksəkdir. Bütün məktəblərin fəaliyyətinin tamamilə dayandırılmasının tərəfdarı deyiləm. Yoluxma çox olan məktəblərin, müəssisələrin isə bağlanmasına baxıla bilər”.


Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.



Deputat bildirib ki, distant təhsilin ənənəvi təhsili əvəz etmədiyini nəzərə almaq lazımdır: “Kütləvi şəkildə distant təhsilə keçid təhsil üçün ciddi problemlər yarada bilər. Ona görə də hazırki mərhələdə vətəndaşlar COVID-19-dan qorunmaq üçün “buster” doza ilə peyvəndlənməlidirlər. Bundan başqa, gigiyenik qaydalara əməl etmək, tibbi maskadan istifadə etmək lazımdır. Təhsil müəssisələrinin qapanmaması üçün hər kəs mübarizə apara bilər. Fərdi yanaşma tətbiq edilməlidir. Kütləvi yoluxma olan sinif, məktəb və ya digər müəssisələrin fəaliyyəti məhdudlaşdırıla bilər. Çalışmalıyıq ki, müəyyən müddətdə bərpa edilən ənənəvi tədris tam dayandırılmasın. Hazırki mürəkkəb mərhələdən çıxmağın tək yolu vaksinasiyada iştirak etməkdir. Bütün vətəndaşları peyvəndləmədə aktiv iştiraka çağırırıq”.

Nəzrin Cavid

Tarix: 4 Fevral 2022, 17:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin