BURADA REKLAMINIZ OLA
BİLƏR

“Zaminbank”ın sahibinə 14 il həbs cəzası verildi

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Pravda.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş bankir 14 il müddətinə azadlıqdan məhrum edilib.

N.İsmayılov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. O, 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməkdə ittiham olunub. Keçmiş bank sədrinin ayrı-ayrı şəxslərə qarşı 5,2 milyon manata yaxın dələduzluq etdiyi bildirilir.

Qeyd edək ki, iş üzrə zərərçəkmişlər arasında “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov və məşhur skripkaçı Ceyhun İsmayılov da var.

Tarix: 4 Fevral 2022, 18:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin