BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kefim əladır” - İşdən çıxarılan nazir müavini

Bu gün səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Elsəvər Ağayev qısa açıqlama verib.

 

Pravda.az xəbər verir ki, Qaynarinfo-ya danışan keçmiş nazir müavinin kefinin yaxşı olduğunu bildirib:

 

“Kefim əladır. Biraz işlərim var. İşimdən azad olunmağımla bağlı hansısa şərh vermək istəmirəm. Sonra danışarıq”.

 

Qeyd edək ki, Elsəvər Ağayev 1997-cü ildə Səhiyyə Nazirliyinin "Dərman və Tibbi Texnika” İTB-nin baş direktoru, SN-nin "Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru vəzifəsinə təyin edilib.

 

1999-cu ildən il Səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 2013-cü ildə Tərəqqi medalı ilə təltif edilib.

Tarix: 4 Fevral 2022, 20:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin