BURADA REKLAMINIZ OLA
BİLƏR

UNESCO-nun Azərbaycana və Ermənistana missiya göndərməsinə dair razılıq əldə olundu

UNESCO-nun Azərbaycana və Ermənistana missiya göndərməsinə dair razılıq əldə olunub.

Pravda.azxəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə razılıq əldə olunub.

Görüşdə UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib.

Tarix: 4 Fevral 2022, 23:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin